Yığmanın futbolçularına “Toyota” payladılar
06.11.2009 - 09:44
Qananın gənc futbolçulardan ibarət milli komandası mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, 20 yaşadək futbolçular arasında dünya çempionu olan afrikalılar Qana hökuməti və sponsorlar tərəfindən mükafatlandırılıb. Yığmanın futbolçuları və məşqçilər korpusunun üzvlərinin hər birinə “Toyota” avtomobili verilib. Bundan başqa oyunçuların hərəsi 6900 ABŞ dolları dəyərində olan 10-15 illik istiqraz vərəqələrinə sahib çıxıb.
0
0