AFFA-dan uşaqlara növbəti sürpriz
06.11.2009 - 10:09
AFFA-dan uşaqlara növbəti sürpriz
Göyçay rayonunda ənənəvi “Nar bayramı” keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edib.

Əliyev “Nar bayramı”nda çıxış edərək, iştirakçılara təbriklərini çatdırıb. Daha sonra Göyçay məktəblilərinə AFFA-nın hədiyyələri - futbol geyimləri və topları təqdim olunub.