Emin Ağayevə maşın bağışladılar
06.11.2009 - 10:40
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev növbəti mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçinin çıxış etdiyi Tver “Volqa”sı Rusiya çempionatında mövsümü bitirməklə bağlı tədbir keçirib. İlin yekunlarına həsr olunan mərasimdə klub üzvlərinin hamısı mükafatlandırılıb. Ekspert və azarkeşlərin ən yaxşı seçdiyi oyunçular isə əlavə mükafat da alıb. “Komsomolski pravda - Tver” ən yaxşı seçdiyi Aleksey Sapoqova öz mükafatını təqdim edib. Azarkeşlər arasında keçirilən sorğunun qalibi Ağayevin qəniməti isə daha sanballı olub. Ona yeni avtomobilin açarları rəsmi şəkildə təqdim olunub.
0
0