“Neftçi”nin rekordu qırıldı
06.11.2009 - 11:24
“Neftçi”nin rekordu qırıldı
Futzal üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az-ın məlumatına görə, tur qeyri-adi hadisə ilə əlamətdar olub.

Belə ki, “Azmetko” klubu bir matça 31 qol vurub. Onlar “Abşeron”la oyunda 31:4 hesabı ilə qalib gələrək, mövsümün rekordunu müəyyənləşdirib. Bir futzal qarşılaşmasının 40 dəqiqə davam etdiyini nəzərə alsaq, “Azmetko”nun “hər dəqiqəyə 1 qol” vurmaq arzusu yalnız 9 dəqiqəsi boşa verilib.

Qeyd edək ki, bu oyunadək mövsümün rekordu “Neftçi”yə məxsus idi. Onlar “Sumqayıt”ı 19:0 hesabı ilə məğlub etmişdi.