Bakıda zirvə döyüşü, Lənkəranda barışmaz rəqiblərin 6 xallıq oyunu
06.11.2009 - 11:52
Azərbaycan Premyer Liqasında sabah startı veriləcək X turu 2 möhtəşəm oyunla yadda qalacaq. Apasport.az saytının məlumatına görə, son 5 ilin barışmaz rəqibləri olan “Xəzər-Lənkəran”la “Neftçi” bu dəfə Lənkəranda üz-üzə gələcək.
2004-cü ilin yayında “Xəzər-Lənkəran” yaranandan sonra flaqmanın bu komanda ilə oyunları xüsusi prinsipiallıq kəsb edir. Özü də buna komandaların turnir cədvəlində hansı vəziyyətdə olması təsir etmir. Yəni, “Xəzər-Lənkəran” 2005/06, “Neftçi” isə ötən mövsüm uğursuz çıxış etsə belə, azarkeşlərin onların görüşünü böyük maraqlı gözləyirdi və gərginlik meydandakı mübarizədə öz əksini tapırdı.
Budəfəki çempionat yeni sistemlə, yəni “altılıq” üzrə keçirildiyindən və burada “qızıl xallar” nəzərə alındığından, görüşü 3 yox, 6 xallıq oyun kimi dəyərləndirmək olar. “Xəzər-Lənkəran”la “Neftçi” isə mükafatlara iddialıdır və böyük ehtimalla “altılığ”a düşəcəklər.
“İnter”lə “Qarabağ”ın qarşılaşması isə turnir cədvəli baxımından turun mərkəzi oyunudur. Hər halda, hazırda turnir cədvəlinə məhz bu komandalar başçılıq edir. “İnter” topların daha yaxşı fərqinə görə rəqibini qabaqlayır. Ancaq Premyer Liqada komandaların xalları bərabər olacağı halda, şəxsi görüşlər əsas götürülür. Sözsüz ki, bu amil “İnter”lə “Qarabağ”ın öz aralarındakı oyunun əhəmiyyətini artırır. Digər prinsipial məqam ondan ibarətdir ki, “Qarabağ” ötən mövsüm ölkə kubokunun finalına məhz “İnter”i məğlub etməklə (1:0) sahib çıxdı.
7 noyabr
14:00. “Bakı” – “Karvan”
Baş hakim: Azad Mütəllimov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
14:00. “Qəbələ” – “Muğan”
Baş hakim: Əfqan Həmzəyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
17:15. “İnter” – “Qarabağ”
Baş hakim: Fariz Yusifov
Bakı. “Şəfa” stadionu
8 noyabr
14:00. “Olimpik-Şüvəlan” – “Simurq”
Baş hakim: Anar Salmanov
Bakı. “Şəfa” stadionu
14:00. “Turan” – “Standard”
Baş hakim: Elçin Məmmədov
Tovuz. Şəhər stadionu
17:00. “Xəzər-Lənkəran” – “Neftçi”
Baş hakim: Rövşən Əhmədov
Lənkəran. Mərkəzi stadion
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6.

N | Komandalar | O | Q | H | M | T | X |
1 | İnter | 9 | 6 | 2 | 1 | 19-9 | 20 |
2 | Qarabağ | 9 | 6 | 2 | 1 | 8-3 | 20 |
3 | Simurq | 9 | 5 | 2 | 2 | 10-8 | 17 |
4 | Neftçi | 9 | 5 | 0 | 4 | 8-6 | 15 |
5 | Xəzər-L | 8 | 4 | 2 | 2 | 10-5 | 14 |
6 | Qəbələ | 9 | 4 | 2 | 3 | 10-12 | 14 |
7 | Olimpik-Ş | 9 | 3 | 3 | 3 | 11-11 | 12 |
8 | Muğan | 9 | 3 | 2 | 4 | 7-12 | 11 |
9 | Bakı | 8 | 3 | 1 | 4 | 5-6 | 10 |
10 | Turan | 9 | 2 | 2 | 5 | 10-14 | 8 |
11 | Karvan | 9 | 1 | 2 | 6 | 10-14 | 5 |
12 | Standard | 9 | 0 | 2 | 7 | 7-15 | 2 |

0
0