Qurban Qurbanov + “Qarabağ” = 50
06.11.2009 - 11:58
Qurban Qurbanov + “Qarabağ” = 50
Azərbaycan Premyer Liqasının X turu çərçivəsində “İnter”lə keçiriləcək oyun Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün üçqat əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 37 yaşlı çalışdırıcı üçün sabah baş tutacaq qarşılaşma hər mənada önəm kəsb edir.

Birincisi, ağdamlılar çempionatın lideri ilə prinsipial görüşə çıxacaq. İkincisi, Qurbanov futbolçu karyerasını məhz “bankirlər”in düşərgəsində bitirib. 2005/06 mövsümünü “İnter”də futbolçu kimi başlayan Qurbanov elə həmin klubu idman direktoru kimi tərk etmişdi. Bakılılarla sabahkı matçın üçüncü tərəfi isə yubileylə bağlıdır. Belə ki, Qurbanov “Qarabağ”ın baş məşqçi postunda 50-ci oyununa çıxacaq. Ötən il avqustun 9-da “Bakılı” ilə matçda (2:1) Ağdam təmsilçisində debüt edən mütəxəssis indiyədək yetirmələrinə 49 görüşdə rəhbərlik edib.

Qeyd edək ki, cari mövsüm məşqçi yubileyləri ilə əlamətdar olub. Yunis Hüseynov “Karvan”ı 150, Əsgər Abdullayevlə Roman Pokora isə müvafiq olaraq “Olimpik-Şüvəlan”la “Simurq”u 100-cü oyuna çıxarıb.

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi dövründə

mövsüm

turnir

O

Q

H

M

T

X

2008/09

Çempionat

26

14

7

5

35-22

49

 

Kubok

7

5

2

0

9-2

17

2009/10

Avropa Liqası

6

3

2

1

5-4

11

 

Çempionat

9

6

2

1

8-3

20

 

Kubok

1

1

0

0

4-0

3

Cəmi

 

49

29

13

7

61-31

100