“Qarabağ”ın 1300 günü
06.11.2009 - 14:24
“Qarabağ”ın 1300 günü
Ağdamın “Qarabağ” klubunun “İnter”ə qarşı sindromu var. Apasport.az saytının məlumatına görə, ağdamlılar 1300 gündür bakılıları çempionat oyunlarında məğlub edə bilmir.

Azərbaycan Premyer Liqasının X turunda sabah bu komandalar arasında keçiriləcək oyunda bu rəqəm 1301-ə çatacaq. Rəqiblərin son 6 qarşılaşmasında 4 qələbə qazanan “İnter” ağdamlılara cəmi 2 xal “bağışlayıb”. “Qarabağ”ın 2006-cı il aprelin 16-da 1:0 hesabı ilə qalib gəldikdən sonra ardıcıl 4 dəfə həmin hesabla məğlub olub. Son iki dueldə isə hər komanda 1 dəfə fərqlənib. Ümumiyyətlə, “Xəzər Universiteti”nin adını dəyişib “İnter”ə çevrildiyi 2004-cü ilin yayından bakılılar öz meydanında ağdamlılara 5 matçda 1 xal və 1 qol sevinci verib.

mövsüm

“İnter”in meydanı

“Qarabağ“ın meydanı

1999/2000

0:0

0:2

2000/01

0:0

0:3

2003/04

0:2

1:3

2004/05

1:0

1:3

2005/06

2:0

0:1

2006/07

1:0

1:0

2007/08

1:0

1:0

2008/09

1:1

1:1