Çex, Rositski və Baroş Azərbaycanla görüşə gəlməyəcək
06.11.2009 - 14:39
Azərbaycan milli komandası aparıcı futbolçularından məhrum olan Çexiya yığması ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, BƏƏ-də keçiriləcək beynəlxalq turnirdə komandamızın potensial rəqibi olan çexlərin baş məşqçisi Mihal Bilek heyətdə ciddi dəyişikliklər edəcəyini açıqlayıb.
Noyabrın 15-də meydan sahibləri ilə yarımfinal, 18-də isə Azərbaycan – İraq matçında müvafiq nəticə qazanan rəqiblə görüşəcək Çexiya yığması Dubaya 5 debütant aparacaq. Bilek millinin liderlərindən üçünün xidmətindən yararlana bilməyəcəyini də bildirib. Bunlar “Çelsi”də çıxış edən Peter Çex, “Arsenal”ın şərəfini qoruyan Tomaş Rositski və “Qalatasaray”ın hücumçusu Milan Baroşdur.
Qapıçılar: Yaroslav Drobnı (“Herta”, Almaniya), Tomaş Qriqar (“Teplitse”)
Müdafiəçilər: Roman Hubnik, Andrey Kuşnir (hər ikisi “Sparta”), David Rozenal (“Hamburq”, Almaniya), Tomaş Sivok (“Beşiktaş”, Türkiyə), Yan Şimunek (“Volfsburq”, Almaniya)
Yarımmüdafiəçilər: Martin Fillo (“Vikinq”, Norveç), Adam Hlouşek (“Slaviya”), Mario Holek (“Dnepr”, Ukrayna), Mario Liçka (“Banik”), David Limberski (“Viktoriya”), Marek Mateyovski (“Ridinq”, İngiltərə), Mihal Şvets (“Herenven”, Hollandiya), Yaroslav Plasil (“Bordo”, Fransa), Daniel Pudil (“Genk”, Belçika), Radek Şirl (“Zenit”, Rusiya)
Hücumçular: Yan Blajek (“Liberets”), Tomaş Netsid (MOİK, Rusiya), Mihal Papadopulos (“Herenven”, Hollandiya), Vatslav Sverkoş (“Soşo”, Fransa).

0
0