“Zenit”in baş məşqçisi Şahin Diniyevə qiymət verdi
06.11.2009 - 17:40
“Fikrimcə, bu günlərdə psixoloji gərginliyi aradan qaldırdıq. Futbolçularımızda yaxşı, işgüzar əhval-ruhiyyə var. Hamı özünü toparlayıb və “Terek”lə oyunda bizə heç nə mane olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Zenit” klubunun baş məşqçisi Anatoli Davıdov deyib.
UEFA kuboku və Superkubokunun qalibi olan Sankt-Peterburq təmsilçisi Rusiya Premyer Liqasının növbəti turunda Şahin Diniyevin çalışdırdığı Qroznının “Terek” klubunu qəbul edəcək. Diniyevin gəlişindən sonra komandanın oyununu izləyən Davıdov azərbaycanlı həmkarının işini yaxşı qiymətləndirib: “Qroznılılar evdə çox emosional oynayırlar. Yəqin ki, indi Qroznıdan bir az fərqli oyun olacaq. Mən onların oyununa baxmışam. “Terek”in yaxşı texnikalı futbolçuları var, fərdi ustalıq səviyyəsi yüksəkdir. Onlar evdə daha çox emosiyalarını göstərir, səfərdə isə daha qapalı oynayırlar. Onlar yetkin insanlardır, ciddi futbolçulardır. Hakim qərarları var. Əgər komanda futbolla məşğul olsa, onda hakim hər şeyi ayırd edəcək. Bu dəfə toqquşma olmamalıdır. Uşaqlar hazırdırlar və Qroznıda itirdiyimiz xalları geri qaytarmalıyıq”.
Diniyevin komandası ilə görüşə ciddi itkilərlə çıxacaq Davıdov azarkeşlərdən böyük dəstək gözləyir: “Onlara inanırıq. Bizə azarkeşlərimizin dəstəyi çox lazımdır. Dəyişiklik olmalıdır. Heyətlə bağlı çox çətin vəziyyətdir. Bizə ciddi rəqiblər düşüb və azarkeşlərimizin dəstəyinə ehtiyacımız böyükdür”.

0
0