FİFA Azərbaycan - Rusiya görüşündəki qalmaqalla bağlı noyabrın sonunda qərar çıxaracaq
06.11.2009 - 17:55
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) Azərbaycan və Rusiya yığmalarının Bakıdakı oyunu ilə bağlı araşdırmasının nəticəsi bu ayın sonunda məlum olacaq. Apasport.az saytının məlumatına görə, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün (1:1) ilk hissəsinin sonunda azərbaycanlı və rusiyalı azarkeşlər arasında dava-dala düşüb. 10 dəqiqəyə yaxın davam edən iğtişaş asayiş keşikçilərinin məsələyə qarışmasından sonra aradan sakitləşdirilib.
AFFA-nın Beynəlxalq Departamentinin rəhbəri Orxan Hüseynzadənin sözlərinə görə, FİFA Respublika stadionunun tribunalarında baş verənlər bağlı qərarını bu ayın sonuna yaxın açıqlayacaq: “Qərar bundan tez olmayacaq. Rusiya Futbol İttifaqı da məlumatlandırılacaq. Çox gün ki, FİFA-nın Nizam-İntizam Komitəsi bu insidentə ayrılıqda baxacaq. Ola bilsin ki, yubanma bununla bağlıdır”.
AFFA FİFA-nın tələblərinə görə lazımı video və fotomaterialları ötən həftənin sonunda göndərib. Orada azarkeşlərin stadionun tribunalarında dava-dalaşı əks olunub: “Mənə kimin günahkar olduğunu demək çətindir. Təxribat hər iki tərəfdən olub. FİFA komissarı və oyunun nümayəndəsi bütün bunların hamısını qeyd edib”.
Qeyd edək ki, FİFA-nın Nizam-İntizam Məcəlləsinə əsasən tamaşaçıların belə yaraşmaz hərəkətlərinə görə məsuliyyəti oyunun keçirdiyi ölkənin futbol assosiasiyası daşıyır. Qonaq komandanın azarkeşlərinə görə isə səfərdə oynayan yığmanın federasiyası cavabdehdir. Öhdəçilikləri yerinə yetirməyən istənilən mili assosiasiya cərimə ilə cəzalanır. Əgər ciddi qayda pozuntusu varsa, bu zaman ağır sanksiya, misal üçün oyunun neytral meydanda keçirilməsi tətbiq olunur.

0
0