AFFA “Xəzər-Lənkəran”ın baş məşqçisini bağışladı
06.11.2009 - 18:16
Əvəzedicilərdən ibarət “Xəzər-Lənkəran” komandasının baş məşqçisi Fazil Əsədov bağışlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın Apelyasiya və Ekspert Komissiyasının bu gün keçirilən iclasında iki illik futboldan kənarlaşdırılan çalışdırıcı ilə bağlı qərar dəyişdirilib.
İntizam Komitəsinin sentyabrın 28-də keçirilmiş iclasında əvəzedicilərin çempionatı çərçivəsində Lənkəranda keçirilən “Xəzər-Lənkəran” – “Muğan” oyununda baş verən kütləvi iğtişaş, baş hakim Rauf Cabbarovun döyülməsi müzakirə olunmuş və bunda əsas günahkar sayılan Əsədovu azarkeşləri təxribata çəkməkdə təqsirləndirib. Apelyasiya və Ekspert Komissiyası “Xəzər-Lənkəran”ın şikayətinə baxaraq, İntizam Komitəsinin qərarını dəyişdirib. Yəni Əsədov Nizam-İntizam qaydalarının 56-cı maddəsinə görə 10 oyunluq məşqçilikdən kənarlaşdırılıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” həmin insidentdən sonra Əsədovu klubdan qovub.

0
0