“Çelsi” “Mançester Yunayted”dən aralandı
08.11.2009 - 21:56
 “Çelsi” “Mançester Yunayted”dən aralandı
İngiltərə Premyer Liqasında 12-ci tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk oyun günündə keçirilən 5 qarşılaşmada qapılara 22 qol vurulub.

“Arsenal” və “Aston Villa” rəqiblərini darmadağın edib. Mançester Siti” və “Bernli” arasındakı qarşılaşmada isə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib.

Turun mərkəzi qarşılaşması Londonda “Çelsi” və “Mançester Yunayted” arasında keçirilib. Meydan sahibləri Terrinin vurduğu yeganə qolla qələbə qazanıb.


“Vulverhempton” – “Arsenal” – 1:4
“Tottenhem” – “Sanderlend” – 2:0
“Mançester Siti” – “Bernli” – 3:3
“Aston Villa” – “Bolton” – 5:0
“Blekbern” – “Portsmut” – 3:1
“Vest Hem” – “Everton” – 0:1
“Uiqan” – “Fulhem” – 1:1
“Hall Siti” – “Stok Siti” – 2:1
“Çelsi” – “Mançester Yunayted” - 1:0
Qol: Con Terri, 76


Bu qələbədən sonra zirvədəki yerini möhkəmlədən “Çelsi” hesabındakı xalların sayını 30-a çatdırıb. Mövsümdə üçüncü məğlubiyyətini alan “Mançester Yunayted”in isə 25 xalı var.