Əsgər Abdullayevin gözü yoldadı
08.11.2009 - 17:21
“Rəqibin standard vəziyyətlərdən çox yaxşı istifadə etdiyini bilirdik. Görüşə çox ciddi hazırlaşmışdıq. Təəssüf ki, ikinci hissədə qapımızdan qol buraxdıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın X turunda “Simurq”a məğlubiyyətdən sonra deyib.
O, bildirib ki, hücum xəttindəki çatışmazlıqlar oyunda öz sözünü deyib: “Viktor İbekoyinin hələ də geri qayıtmaması bizə müəyyən çətinliklər yaradır”
“Simurq”un çalışdırıcısı Roman Pokora isə həmkarını tərifləyib: “Əsgər Abdullayev Azərbaycanın ən təcrübəli məşqçilərindəndir. Bu gün çox güclü komandaya qarşı oynadıq. Rəqibin heyətində Anatoli Doroş bombardir olduğundan ona xüsusi diqqət yetirdik. Ümumilikdə komandamın göstərdiyi oyundan razı qaldım. Bəzi narazı qaldığım epizodları isə futbolçuların diqqətinə çatdıracam".

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0