“Onun Bakıda gördüyü iş kənardan nəzərə çarpmırdı”
09.11.2009 - 10:43
“Mən Azərbaycan yığması ilə oyunun videoyazısını izləmişəm. Aleksandr Rebko Bakıdakı görüşdə meydanda kifayət qədər böyük iş gördü. Bu, kənardan, tribunalardan elə də çox nəzərə çarpmırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.
Artıq başa çatmış 2010-cu il dünya çempionatının seçmə mərhələsində yığmamızla bir qrupda yer alan şimal qonşularımız Moskvada qalib (2:0) gəlib, Bakıda heç-heçə (1:1) edib. “Moskva” klubunda Aleksey Rebkonu bəyənən Hiddink ona Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə əsas heyətdə şans vermişdi. Təcrübəli məşqçinin fikrincə, Rebko bundan da artığına qadirdir: “Bunun üçün ona məhz yığmada oynamaqla özünəinamını artırmaq lazımdır. Misal üçün, MOİK-lə görüşdə Rebko daha layiqli təsir bağışladı. Ancaq bu, o demək deyil ki, Aleksey Sloveniya ilə oyunlarda əsas heyətdə, yaxud iştirak ərizəsində olacaq. Futbolçunun elə milli komandaya gəlişi təcrübəsini artırır”.
Hiddink Sloveniya yığması ilə pley-off oyunlarına çağırdığı 24 futbolçunu çox saymır: “Futbolçuların sayı Almaniya və Azərbaycanla oyunlarda olduğu qədərdir. Yalnız Buxarov yoxdur. Bizdə hücumçuların sayı çoxdur. Əvəzində Sıçev var ki, son vaxtlar çempionatda yaxşı təsir bağışlayır. Bir sıra futbolçulara, o cümlədən Rebkoya yenidən baxmaq istərdim”.

0
0