Ölkə kubokunun oyunlarının vaxtı dəyişdi
09.11.2009 - 12:00
Ölkə kubokunun oyunlarının vaxtı dəyişdi
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin cavab oyunlarının başlama vaxtı müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, cavab görüşləri ilk matçlarla müqayisədə 30 dəqiqə tez başlayacaq.

Bu da əlavə vaxta ehtiyacın yarana bilmə ehtimalı ilə bağlıdır. Əksər stadionlarda süni işıqlandırma olmadığından qarşılaşmaların gec saatlaradək davam etməsinin problem yaratmamağı üçün oyunların hamısı 13:30-da başlayacaq.

11 noyabr (çərşənbə)

13:30. "Gəncə" - "Simurq" (ilk oyun 0:2)
13:30. "Qəbələ" - "Olimpik-Şüvəlan" (ilk oyun 0:2)
13:30. "Şahdağ" - "Qarabağ" (ilk oyun 0:4)
13:30. "Muğan" - "Xəzər-Lənkəran" (ilk oyun 1:3)
13:30. "Bakılı" - "Bakı" (ilk oyun 0:6)
13:30. "Turan" - "Standard" (ilk oyun 1:3)
13:30. "Neftçi İSM" - "Neftçi" (ilk oyun 0:5)
13:30. "Karvan" - "İnter" (ilk oyun 0:4)