Daha bir faciə: 39 yaşlı futbolçu öldü!
09.11.2009 - 12:22
Daha bir faciə: 39 yaşlı futbolçu öldü!
Yaşıl meydanlarda daha bir faciə baş verib. Apasport.az saytının məlumatına görə, 39 yaşlı macarıstanlı futbolçu Lajos Takaş dünyasını dəyişib.

Onun son klubu Macarıstanın 3-cü liqasında mübarizə aparan “Martonvasar” klubu olub. Şərəfini qoruduğu komandanın heyətində növbəti çempionat matçının ardından paltardəyişmə otağında Takaşın vəziyyəti pisləşib. Daha sonra durumu yaxşılaşan futbolçu xəstəxanaya getməkdən imtina edib. Ancaq 1 saat sonra onun ürəyi dayanıb və gözlərini əbədi yumub.

Qeyd edək ki, Takaş “Martonvasar”dan öncə Macarıstanın tanınmış “Videoton”, MTK və “Sopron” klublarının formasını geyinib.