Terri Mehman Alışanovun davamçısı oldu
09.11.2009 - 12:50
Terri Mehman Alışanovun davamçısı oldu
Londonun “Çelsi” klubunun kapitanı Con Terrinin atası narkoman çıxıb. Apasport.az saytının məlumatına görə, 55 yaşlı Ted Terri kokain alverində saxlanılıb.

Yerli jurnalistlərdən birinə 3 qram kokain satan ata Terri özü də narkotik qəbul etdiyini etiraf edib. Bu sövdələşmə Ted Terrinin evinin yaxınlığında, şərab barının tualetlərinin birində baş verib. Narkotik alış-verişini videokamera qeyd edib. Müxbirini yanına çağıran Terri narkotikin yüksək keyfiyyəti ilə öyünərək, müxbiri bundan dadmağa çağırıb. Həmin tozun kokain olması sonradan elmi laboratoriyada təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan milli çempionatının ilk qolun müəllifi olan veteran futbolçu Mehman Alışanov da kokainə görə həbs olunub.