Şotlandiyalı yarımmüdafiəçi: Azərbaycanı iki dəfə udsaq...
09.11.2009 - 13:01
“Avstriya və Belarusla oynamışıq. Bundan sonra artıq heç kimdən qorxmuruq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının rəqibi olan Şotlandiya yığmasının futbolçusu Cemi Mörfi deyib.
“Motervell” klubunda çıxış edən 20 yaşlı hücumçu 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində baş tutacaq millimizlə oyunları həlledici sayır. Onun fikrincə, noyabrın 14-də Bakıda, martın 3-də isə Dumanlı Albionda yığmamızla görüşəcək britaniyalıların taleyi bu qarşılaşmalardan asılıdır: “Bizim üçün Azərbaycanla matçlar çox önəmlidir. Bu rəqibi hər iki oyunda məğlub etsək, demək olar ki, seçmə mərhələni uğurla adlamış olarıq”.
Qeyd edək ki, hazırda Şotlandiya yığması Avstriya və Belarusla eyni sayda - 4 matçda 9 xal toplayaraq şərikli liderlik edir.

0
0