Azərbaycan Premyer Liqasında rekord!
09.11.2009 - 13:14
Azərbaycan Premyer Liqasında rekord!
Azərbaycan Premyer Liqasının X turunda 2009/10 mövsümünün rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutan qarşılaşmaların üçündə böyük hesablı nəticə qeydə alınıb.

Turda 6 görüşün keçirildiyini nəzərə alsaq, bu matçların yarısının 3 və daha çox top fərqi ilə bitməsi deməkdir. “Turan” və “Qəbələ” öz meydanlarında müvafiq olaraq “Standard”la “Muğan”ı, “Simurq” isə səfərdə “Olimpik-Şüvəlan”ı eyni – 3:0 hesabı ilə məğlub edib. Cari çempionatın arxada qalan 9 turunda belə nəticə qeydə alınmamışdı. Üç böyük hesabın qeydə alındığı sonuncu tur isə ötən mövsümə təsadüf edir. Mayın 9-10-da keçirilən XXV turda 7 oyunun 3-də səviyyə fərqi aşkar idi. Yarım il əvvəl “İnter” “Karvan”ı 4:0, “Neftçi” “Bakılı”nı 3:0 udmuş, “Olimpik” isə səfərdə MOİK-i 6:1 hesabı ilə məğlub etmişdi.