Şahin Diniyevin komandası Fatih Təkkəni rekordçu etdi
09.11.2009 - 13:23
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev türkiyəli futbolçu Fatih Təkkənin rekorduna şahidlik edib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu şərəfini qoruduğu “Zenit” klubunda şəxsi rekordunu Rusiya çempionatının hesabat turunda “Terek”lə Sankt-Peterburqda keçirilən görüşdə təkrarlayıb.
Söhbət mövsümdə 8 qol vurmaqdan gedir ki, Təkkə buna debüt ilində nail olubmuş. Onun rekordunu təkrarlanmasına səbəbkar olan Diniyevin komandası səfərdə 0:2 hesabı ilə uduzub. Oyunda hesabı açan Fatih əslində ikinci qolu da vursa da, bu onun adına yazılmayıb. Əgər bu qol Təkkənin hesabına yazılsaydı, o, həm dubl müəllifi olacaq, həm də Rusiyada şəxsi planda yeni rekordunu Diniyevlə görüşdə gerçəkləşdirəcəkdi.
“Zenit” üçüncü mövsümdür Rusiya Premyer Liqasında mübarizə aparan “Terek” üçün arzuolunmaz rəqib sayılır. Belə ki, sankt-peterburqluların Qroznı təmsilçisini evdə məğlub etmək seriyasına Diniyev də əngəl ola bilmədi. “Zenit” “Terek”ə öz meydanında qalib gəldiyi bu üç görüşdə 10 qol vurub, 2-i buraxıb. Üçüncü həftədir “Terek”ın əsas komandasını çalışdıran 43 yaşlı Diniyev keçirdiyi hər üç səfər oyununda uduzub.
Qeyd edək ki, vətənində “Trabzonspor” klubunda çıxış ilə tanınan Təkkə 2007-ci ildən “Zenit”də oynayır. O, bu müddətdə Rusiya çempionluğu, UEFA kuboku və Superkubokunu qazanıb.

0
0