Azərbaycan yığması ilə oyuna 18 nəfərlə
09.11.2009 - 15:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibini heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində yığmamızla qarşılaşacaq Avstriya yığmasının baş məşqçisi Andreas Hertsoq 18 futbolçuya dəvət göndərib. O, noyabrın 18-də Viner Noydorfdakı “Frants Fürst” stadionunda baş tutacaq qarşılaşmaya Lukas Köniqshofer, Volfgang Şober, Haris Bukva, Quido Burqstaller, Kristofer Dibon, Aleksander Qrünvald, Rafael Holzhauser, Stefan İlsanker, Kristian Klem, Fabian Kox, Kristof Kröpfl, Corc Marqreytter, Atde Nuhiu, Julius Perstaller, Tomas Piermayr, Kristian Ramsebner, Manuel Seydl və Andreas Veymannı çağırıb.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0