Futbolda unikal gəlir mənbəyi
09.11.2009 - 15:42
Futbolda unikal gəlir mənbəyi
Fransanın PSJ klubunun rəhbərliyi büdcəni artırmaq məqsədilə növbəti layihəni həyata keçirir. Apasport.az saytının məlumatına görə, bu dəfə Paris komandasının qazanc əldə etməsinə “Maulin Roje” gecə klubunun qızları yardımçı olacaqlar.

Məsələ burasındadır ki, PSJ-nin futbolçuları qızlarla birgə 2010-cu ilin təqvimi üçün şəkil çəkdirirlər. Oyunçulardan bəziləri gecə klubu geyimində olan xanımların yanında, bəziləri də ayaq üstə duraraq, poza veriblər. Təqvim yaxın günlərdə hazır olacaq və biri 14,95 avroya (təxminən 18 manat) satılacaq.
0