“Donuz qripi” İspaniya çempionatının oyununu təxirə saldı
09.11.2009 - 17:51
İspaniya çempionatının növbəti turunun bir oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, basketbol birinciliyindəki təxirəsalmaya “donuz qripi” səbəb olub.
Bu üzdən “Laqun Aro” və “Bilbao” arasında qarşılaşma baş tutmayıb. Belə ki, qonaqların 4 idmançısında A/H1N1 virusuna oxşar yüksək patogenli qripin aşkarlanması təsdiqlənib. Söhbət Xavi Rodriqes, Renaldas Seybutis, Yanis Blums və Marko Baniçdən gedir. Bu, İspaniya çempionatında ilk belə hal deyil. İkinci turun “Estudiantes” “Qran Kanariya” matçı da eyni üzdən təxirə salınmışdı.

0
0