Matteus özünü Foqtsdan artıq sayır
09.11.2009 - 18:30
Almaniya futbolunun əfsanəsi Lotar Matteus özünü Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsdan üstün sayır. Apasport.az saytının məlumatına görə, veteran futbolçu alman mətbuatına açıqlamasında bildirib ki, ölkəsində yalnız bir oyunçunu özündən öndə görür: “Bekkenbauerdən sonra dünyada ən populyar ikinci alman futbolçu mənəm. Amma öz ölkəmdə mənə layiq olduğum hörmətlə yanaşmırlar. Öz əfsanələrinə belə münasibətinə görə Almaniyaya ayıb olsun”.
0
0