Azərbaycan yığmasında yeni futbolçu
09.11.2009 - 22:50
Azərbaycan yığmasında yeni futbolçu
AFFA rəsmiləri 19 yaşlılardan ibarət milli komandaya yeni futbolçu cəlb edib. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən xəbərinə görə, hazırda Belçikada futbolla məşğul olan Rey Məmmədbəyli yığmasına baxışa dəvət olunub. Onun komandada qalıb-qalmayacağı yaxın günlərdə bəlli olacaq.