Azərbaycanlı futbolçu “Metallist”də!
10.11.2009 - 00:01
Azərbaycanlı futbolçu “Metallist”də!
Belarusun “Smorqon” klubunda oynayan azərbaycanlı futbolçu iş yerini dəyişə bilər. Apasport.az saytının xəbərinə görə, yarımmüdafiəçi Xarkovun “Metallist” komandasına baxışa cəlb olunub.

Bu barədə açıqlama verən Xeyirov bildirib ki, Xarkov təmsilçisinə keçməsi məsələsi bu yaxınlarda yaranıb: “Metallist” rəsmiləri menecerimlə əlaqə saxlayaraq, məni baxışdan keçməyə dəvət ediblər. Düzdür, hələlik müqavilə barədə söhbət getmir, lakin Xarkov klubunun rəhbərliyi məni yoxlamaq istəyir. Əgər hər şey normal olarsa, məmnuniyyətlə həmin klubla müqavilə imzalayacağam. “Metallist” Ukraynanın ciddi futbol klublarından biridir”.

AzərTac