“Terek” rəhbərliyi Şahin Diniyevə əvəzləyici tapdı: Anatoli Baydaçnıy
10.11.2009 - 00:22
Növbəti mövsümdə Qroznının “Terek” klubunu Anatoli Baydaçnıy çalışdıra bilər. Apasport.az saytının xəbərinə görə, bu həftənin sonunda 57 yaşlı mütəxəssislə klub rəhbərliyi müqavilənin şərtlərini müzakirə edəcək.
“Hazırda “Terek” rəhbərliyi ilə danışıqlar aparıram. Bu haqda ancaq bunu deyə bilərəm” – deyə Baydaçnıy bildirib.
Baydaçnıy müxtəlif vaxtlarda Rusiyanın “Jemçujina”, “Rostselmaş”, “Çernomorets”, eləcə də, Belarus yığmasına rəhbərlik edib.
Qeyd edək ki, hazırda “Terek” klubunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev çalışdırır.

0
0