Dmitri Kruqlovla Taavi Rahn “Neftçi” klubundan ayrıldı
10.11.2009 - 00:43
“Neftçi” klubunun futbolçuları Dmitri Kruqlovla Taavi Rahn komandanın düşərgəsini tərk ediblər. Apasport.az saytının xəbərinə görə, hər iki futbolçu vətənlərinə yollanıblar. Onlar Estoniya yığma komandasının heyətində noyabrın 14-də Albaniya ilə keçiriləcək oyuna dəvət olunublar. Estonların bu ayın 18-də keçirəcəkləri növbəti yoldaşlıq oyunundakı rəqibi isə hələ məlum deyil.
0
0