Adrian Neaqa: Bu nəticə bizim üçün uğurlu sayılmalıdır ki?
10.11.2009 - 00:47
Adrian Neaqa: Bu nəticə bizim üçün uğurlu sayılmalıdır ki?
“Bilirdik ki, çətin oyun olacaq. Lənkərana qələbə qazanmağa gəlmişdik. Ancaq elə alındı ki, bir xal aldıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Rail Məlikov “Xəzər-Lənkləran”la oyundan sonra deyib.

Komandanın digər üzvü Adrian Neaqa isə bildirib ki, Lənkərandakı matçda hər iki komanda gözəl çıxış etdi. Amma biz qələbə topunu vura bilmədik. Bu nəticə bizim üçün uğurlu sayılmalıdır ki?”

Ruslan Abışov isə vurğulayıb ki, Lənkərana üç xal dalınca getmişdilər: “Turnir cədvəlindəki mövqeyimizi qorumaq üçün qələbə qazanmaq lazım idi. Amma təəssüf ki, bir xalla kifayətlənməli olduq. Qarşıda bizi “İnter”lə ağır oyun gözləyir. Məqsədimiz çempionluqdur”.