Şahin Diniyevin yerinə “Mançester Yunayted”in futbolçusu gətirilir?
10.11.2009 - 09:54
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin çalışdırdığı Rusiyanın “Terek” klubunun baş məşqçi postuna namizədlərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimizə xələf axtaran Qroznı təmsilçisi 4 məşqçi ilə danışıqlar aparır. Artıq klubla danışıqlara başladığını təsdiqləyən məşhur belaruslu məşqçi Anatoli Baydaçnıdan başqa, Andrey Kançelskis, Aleksandr Tarxanov və Anatoli Bışovets də çeçenlərin namizədlərindən sayılır.
Uzun müddət “Mançester Yunayted”də Devid Bekhem, Erik Kantona və digər ulduzlarla çiyin-çiyinə oynamış Kançelskis hazırda azərbaycanlı iş adamı Nazim Əfəndiyevin rəhbərlik etdiyi “Nosta” futbol klubunun idman direktorudur. Bışovets isə Kiyev “Dinamo”sundakı çıxışları, həmçinin MDB və Rusiya yığmalarını çalışdırması ilə məşhurdur. O, həmçinin futbol veteranımız Kazbek Tuayevlə “soyuq müharibə” aparması ilə diqqət çəkib. Tarxanov isə daha çox Moskva klubları - “Spartak” və MOİK-dəki məşqçilik fəaliyyəti sayəsində tanınıb.
Qeyd edək ki, Diniyev bu ilin yanvarında “Terek”in əvəzedicilərdən ibarət heyətinin baş məşqçisi təyin olunub. Ötən ay isə “Terek”in əsas komandasının çalışdırıcısı Vyaçeslav Qroznı istefa verdiyindən, onu məhz həmvətənimiz əvəzləyib. Diniyev cari mövsümün sonunadək, yəni noyabrın 29-dək əsas komandada müvəqqəti olaraq, baş məşqçi vəzifəsini yerinə yetirəcək.

0
0