Bəxtiyar Musayev Lənkərana qayıdır
10.11.2009 - 10:07
Bəxtiyar Musayev Lənkərana qayıdır
“U-17 Azercell liqa”sının ilk iki turundakı oyunları izləyəcək seleksiyaçı-məşqçilər müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bakı, Sumqayıt, Qəbələ, İmişli, Yevlax, Tovuz və Lənkəranda keçiriləcək görüşlərə Səməd Qurbanov, Vladislav Qədirov, Məmmədəli Qəniyev, Emin Babayev, Adil Şükürov, Mehman Yunusov və Bəxtiyar Musayev təyinat alıb. Şükürov və Babayev istisna olmaqla, qalanlar hər iki turda oyun izləyəcəklər.

Qeyd edək ki, bu veteran futbolçularımızdan ən son məşqçiliyə Bəxtiyar Musayev başlayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi karyerasını 2006-cı ildə “Neftçi”də bitirdikdən sonra “Xəzər-Lənkəran”da seleksiyaçı-məşqçi vəzifəsində çalışıb. Ötən ilin yayında Lənkəran klubu ilə yollarını ayıran Bəxtiyar indi AFFA-nın seleksiyaçı-məşqçiləri sırasında yer alıb. Musayev ona doğma olan Lənkərana bu dəfə AFFA-nın seleksiyaçı-məşqçisi qismində “Xəzər-Lənkəran” - “Bakı” görüşünü izləmək məqsədilə qayıdacaq.

I tur – 10.11.2009
Tovuz. “Turan” - “Neftçi İSM”. Seleksiyaçı-məşqçi: Adil Şükürov
Sumqayıt. “Standard” - “Vətən”. Seleksiyaçı-məşqçi: Mehman Yunusov
Bakı. “Muğan” - “Xəzər-Lənkəran”. Seleksiyaçı-məşqçi: Vladislav Qədirov
Bakı. “Bakı” - “Neftçi”. Seleksiyaçı-məşqçi: Səməd Qurbanov
Qəbələ. “Qəbələ” - “Karvan”. Seleksiyaçı-məşqçi: Məmmədəli Qəniyev
Bakı. “İnter” - “Olimpik”. Seleksiyaçı-məşqçi: Bəxtiyar Musayev

II tur – 17.11.2009
Yevlax. “Karvan” - “İnter”. Seleksiyaçı-məşqçi: Məmmədəli Qəniyev
Bakı. “Neftçi” - “Qəbələ”. Seleksiyaçı-məşqçi: Emin Babayev
Lənkəran. “Xəzər-Lənkəran” - “Bakı”. Seleksiyaçı-məşqçi: Bəxtiyar Musayev
İmişli. “MKT-Araz” - “Muğan”. Seleksiyaçı-məşqçi: Vladislav Qədirov
Bakı. “Neftçi İSM” - “Standard”. Seleksiyaçı-məşqçi: Mehman Yunusov
Bakı. “Qarabağ” - “Turan”. Seleksiyaçı-məşqçi: Səməd Qurbanov