AFFA Berti Foqtsla yeni müqavilə bağladı!
10.11.2009 - 10:26
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla yeni müqavilə bağlanılıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiyanın prezidenti Rövnəq Abdullayev 63 yaşlı mütəxəssislə görüşərək, onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov də iştirak edib. Müzakirələrdən sonra qərara alınıb ki, Berti Foqtsla müqavilənin müddəti daha 2 illiyə uzadılsın. Başqa sözlə, almaniyalı çalışdırıcı 2011-ci ilin dekabrınadək milli komandamızın baş məşqçisi işləyəcək.
Qeyd edək ki, Foqts 2008-ci ilin aprelində yığmamızın baş məşqçisi təyin olunub. Onunla əvvəlki razılaşma müddəti bu ilin dekabrında başa çatmalı idi.

0
0