“Real” - “Alkorkon” matçı və Azərbaycan kuboku
10.11.2009 - 10:48
“Real” klubunun azarkeşləri ciddi problemlə üzləşiblər. Apasport.az saytının məlumatına görə, madridli fanatlar ölkə kubokunun “Alkorkon”la matçını izləməkdə çətinlik çəkirlər. Belə ki, aşağı dəstə təmsilçisi ilə bu gün keçiriləcək cavab qarşılaşmasının biletləri artıq qurtarıb. Hələ də bilet əldə etməyənlər ümidini satışa qaytarılacaq son 500 biletə bağlayıb.
Tutumu 80354 nəfər olan “Santyaqo Bernabeu” stadionunda belə anşlaqın olması ilk matçda “Alkorkon”un 4:0 hesabı ilə qalib gəlməsi olub. Biabırçılıqdan sonra komandasını dəstəkləyib darmadağına şahid olmaq istəyənlər bu oyuna “Barselona” ilə “El klassiko”da olduğundan da artıq maraq göstərir. Buna həmçinin biletlərin nisbətən ucuz olmasıdır. Qarşılaşmaya ən ucuz biletlər cəmi 3 avrodur.
Qeyd edək ki, Azərbaycan kubokunun cari mövsüm keçirilən 16 oyununu vur-tut 14400 tamaşaçı, “Alkorkon”u izləyəcəklərdən təxminən 5,6 dəfə az seyrçi şahid olub.

0
0