Futbolçularımız Kabayevlə qarşılaşacaq?
10.11.2009 - 11:09
Futbolçularımız Kabayevlə qarşılaşacaq?
Dünya şöhrətli idmançı Alina Kabayevanın atası Marat Kabayev Azərbaycan yığmasının potensial rəqib olub. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində 19 yaşlılardan ibarət yığmamızla yanaşı, özbək həmyaşıdları da iştirak edəcək.

Bu, onların həmin yarışda 7 illik fasilədən sonra çıxış edəcəyi deməkdir. Özbəkistan Futbol Federasiyasının rəhbərliyi yığma komandanı bu turnirə hazırlaşdırmağı Kabayevə tapşırıb. Özbəkistanın U-19-nu çalışdıran Kabayev Sankt-Peterburqa U-17-ni aparacaq.

Alman mütəxəssis Bernard Lippertin çalışdırdığı Azərbaycanın U-19-nu Türkiyə, Ukrayna, Finlandiya ilə bir qrupa düşsə də, hər halda, özbəklərlə də qarşılaşa bilər. Məsələ ondadır ki, qrup mərhələsinin oyunları başa çatandan sonra 1-ci, 3-cü, 5-ci və 7-ci yerlər uğrunda görüşlər keçiriləcək. Yanvarın 4-də startı veriləcək turnirə 10-da yekun vurulacaq.