Mübariz Mənsimov rus futbolçunu “Beşiktaş”a gətirir
10.11.2009 - 11:57
Türkiyənin “Beşiktaş” klubu rus hücumçu Roman Pavlyuçenko transfer etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, cari mövsümdə uğursuz çıxış edən İstanbul təmsilçisinin səviyyəli hücumçuya ehtiyacı var və bu işdə onlara azərbaycanlı iş adamı Mübariz Mənsimov yardımçı olacaq.
Məlum olduğu kimi, İstanbulda yaşayan “Palmali” Şirkətlər Qrupunun rəhbərinin “Beşiktaş”la sız münasibətləri var. Bu komandada gələn ilin yanvarında prezident seçkiləri keçiriləcək ki, Mənsimovun da namizədliyini dəstəkləyənlər az deyil. Amma həmyerlimiz işlərinin çoxluğu ilə əlaqədar razılığını verməsə də, hər halda, tanınmış hücumçunun keçidinə görə 30 milyon dollara qədər para xərcləyəcəyinə söz verib.
Ön xətti gücləndirməyi düşünən “Beşiktaş”ın qış transfer siyahısına Roman Pavlyuçenkonun da adı daxildir. Hazırkı klub prezidenti Yıldırım Dəmirörən bu posta yenidən seçilmək şansını artırmaq üçün xəsislik etmək fikrində deyil və transfer məbləğinin ödənilməsində Mənsimovun dəstəyinə ehtiyacı var. “Xəzər-Lənkəran”ın sahibi dünya çempionatının son seçmə mərhələsində Azərbaycan yığmasına hər iki oyunda qol vuran 31 yaşlı alman Miroslav Klozenin keçidinə müsbət yanaşır. Ancaq 27 yaşlı Pavlyuçenkonun transferi “Beşiktaş”a daha sərfəli ola bilər.
Belə ki, Roman Miroslavdan həm cavandır, həm də keçidi daha az məbləğə başa gəlir. “Tottenhem”in daha çox ehtiyatda saxladığı rus hücumçunun transfer qiyməti təxminən 11 milyon avrodur. Bu transferdə “Beşiktaş”ın əsas rəqibi Sankt-Peterburqun “Zenit” klubudur.
Xatırladaq ki, Pavlyuçenko milli komandamızla bu ilin martın 28-də Moskvada keçirilən görüşdə (2:0) cərimə zərbəsindən vurduğu qolla hesabı açmışdı. Rusiya yığmasının heyətində Bakıya da gələn Roman pley-off oyunları öncəsi vərəqə limiti aşaraq cəzalı duruma düşmək təhlükəsinə görə meydana buraxılmadı.

0
0