UEFA nümayəndəsi Bakıya gəlir
10.11.2009 - 12:13
Futzal üzrə UEFA kubokunun elit raundunun Bakıda keçiriləcək oyunlarına təyinat alan hakim-inspektorlar və nümayəndələrin adları məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, ölkəmizdə baş tutacaq D qrupunun oyunlarına Sloveniya və Hollandiyadan olan funksionerlər şahidlik edəcək.
Belə ki, yarışların təşkilinə hollandiyalı UEFA nümayəndəsi Marinus Vandenbekerom nəzarət edəcəksə, hakimlərin işinə sloveniyalı hakim-inspektor Silvo Boroşak qiymət verəcək. Bu matçları 4 hakim - Oleq İvanov (Ukrayna), Paskal Frits (Fransa), Marselino Blazkuezsierra (İspaniya) və Paskal Lemal (Belçika) idarə edəcək.
Azərbaycan çempionu “Araz”ın çıxış edəcəyi D qrupunun oyunları noyabrın 19-da, 20-də və 22-də Bakı İdman Sarayında keçiriləcək. Bu qrupda təmsilçimizlə yanaşı, Qazaxıstanın “Kayrat”, Latviyanın “Nikars” və Yunanıstanın “Atina-90” klubları ilə mübarizə aparacaq.

0
0