“Olimpik-Şüvəlan” cərimələndi
10.11.2009 - 13:31
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın PFL-in rəsmi internet saytına istinadən məlumatına görə, Azərbaycan çempionatının X turunda baş verən hadisələri müzakirə edən komitə üzvləri müvafiq qərarlar çıxarıb.
"Qəbələ" – "Muğan" matçında hər birinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində "Muğan"ın futbolçusu Ekrem Hodziç ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 matçlıq cəzalanıb və salyanlıları 200 manat ziyana salıb. "Olimpik-Şüvəlan" – "Simurq" matçının 69-cu dəqiqəsində qırmızı vərəqə alan Vasif Haqverdiyevin də cəzası eyni olub: 1 oyunluq “istirahət” və bakılıların 200 manat cərimələnib.
Əvəzedici heyətlərinin X turunun "Qarabağ"la matçının 90+3-cü dəqiqəsində meydandan qovulan "İnter"in futbolçusu Murad İsgəndərli 1 oyunluq cəzalanıb və klubuna 100 manat ziyan verib. "Simurq"la görüşün 56-cı dəqiqəsində "Olimpik-Şüvəlan"ı azlıqda qoyan Namiq Abdullazadə də eyni cəzaya layiq görülüb. "Qəbələ" ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Muğan” 500 manat cərimə olunub.

0
0