Şok: Azarkeşlər futbolçuları vəhşicəsinə döydülər - FOTO
10.11.2009 - 13:40
İsveç Superliqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Dyurqarden” - “Assiriska” matçında qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, ilk oyunda “Assiriska” öz meydanında 2:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə daha maraqlı alınıb və “Dyurqarden” məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:0. Bununla da, “Assiriska” yüksək liqaya vəsiqə qazanmaq şansını itirib.
Ancaq qonaq komandanın futbolçuları təkcə məğlubiyyətə üzülməyiblər. Onlar həm də şillə-təpik yeməli olublar. Belə ki, qarşılaşmanın final fiti səsləndikdən sonra “Dyurqarden”in azarkeşləri meydançaya axışıblar. Təxminən 2000 nəfərdən ibarət kütlə qarşısına çıxan “Assiriska”nın üzvlərini vəhşicəsinə döyüblər. Nəticədə qonaq komandanın 4 futbolçusu xəsarət alıb. “Assiriska”nın yarımmüdafiəçisi Andi Toompuu isə dərhal xəstəxanaya aparılıb.
Döyülən futbolçulardan biri Mattias Genç hadisə barədə bunları deyib: “Bizə hücum çəkən azarkeşlər əvvəlcə üzümüzə tüpürdülər, daha sonra zərbələr endirməyə başladılar. Canımızı güclə qurtardıq”.
İsveç polisi olayla bağlı hələlik heç kimi saxlamayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin videogörüntülərini izlədikdən sonra lazımi tədbirlər görəcəklər.

0
0