Azərbaycanda daha bir futbol çempionatı başlanır
10.11.2009 - 14:33
Azərbaycanda daha bir futbol çempionatı başlanır
Azərbaycanda daha bir futbol çempionatı başlanır. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, sabah “Kapital Bank U-15 liqa” start götürəcək. 19 kollektivin iki qrupda mübarizə aparacağı yarışda I turun matçları 2 günə keçiriləcək. Öncə B, ertəsi günü isə A qrupunun komandaları qüvvələrini sınayacaqlar. Qarşılaşmaların keçiriləcəyi stadion və hakimlərin adları artıq məlumdur. Ona da əlavə edək ki, 15 yaşlı futbolçular arasında çempionatın keçirilməsi barədə qərar AFFA İcraiyyə Komitəsinin bu il avqustun 14-də baş tutan iclasında qəbul olunub.

B qrupu
11 noyabr (çərşənbə)
“Təhsil” (Bakı) - “Təhsil” (Sumqayıt)

Saat 12:00. Buzovna qəsəbə stadionu.
Hakimlər: Tahir Əhmədov, Anar Heydərov, Mahir Məmmədov, Rüstəm Süleymanlı

“Qarabağ” – “Qəbələ”
Saat 14:00. Sərhədçi Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Əvəz Quliyev, Ramil Namazov, Elman Kərimov, Heydər Quliyev

“Vətən” - “Karvan”
Saat 14:00. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Rəşad Aydınov, Hüseyn Əsgərov, Arif İbadov, Məqsud Şıxəliyev

“Neftçi” – “Turan”
Saat 16:00. “Şəfa” stadionu, IV meydança
Hakimlər: Rəhim Həsənov, Zaur Əliyev, Murad Kərimov, İnqilab Məmmədov

A qrupu
12 noyabr (cümə axşamı)
“Bakı 95” - “Xəzər-Lənkəran”

Saat 14:00. Delfin otel stadionu
Hakimlər: Nahid Əliyev, Hüseyn İmanov, Müslüm Mövludov, Elmin Babayev

“Olimpik” - “MKT-Araz”
Saat 14:00. Olimpiya Ehtiyatları İdman məktəbinin stadionu
Hakimlər: Gülyana Güvəndiyeva, Vüqar Bayramov, Balabəy Ağayev, Əminə Heydərova

“Sülh” - “Standard”
Saat 13:00. “Şəfa” stadionu, II meydança
Hakimlər: Xəlil Hüseynli, Səbayel Qurbanova, Vəfa Piriyeva, Ramil Əhmədov

“İnter” - “Simurq”
Saat 15:00. “Şəfa” stadionu, IV meydança
Hakimlər: Anar Göyçayski, Maya Nəbiyeva, Ülviyyə Mustafayeva, Tamella Nəbiyeva

“Neftçi İSM” - “Muğan”
Saat 14:00. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Vüsal Qənbərov, Rza Məmmədov, Mahir Alferinov, Nihad Xəlilov