“Xəzər-Lənkəran” rəhbərliyi Kostadin Cambazovu komandaya qaytara bilmir
10.11.2009 - 15:52
“Xəzər-Lənkəran” klubu bolqarıstanlı legioneri Kostadin Cambazovla bağlı AFFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, lənkəranlılar ailə problemlərini əsas tutaraq vətəninə yollanan futbolçunun icazə müddətinin başa çatmasına baxmayaraq, komandanın düşərgəsinə qayıtmamasından narazıdır.
Geri qayıtmamaq üçün müxtəlif bəhanələr gətirən Cambazov “Xəzər Lənkəran” rəhbərliyini onunla bağlı şikayət etməyə məcbur edib. Cənublular ilk növbədə AFFA-ya müraciət edib ki, assosiasiya da şikayəti FİFA-ya çatdırmalıdır.
Bolqar futbolçu rəhbərlikdən 6 günlük icazə alaraq, oktyabrın 22-də vətəninə yollanmışdı. Lakin mərkəz müdafiəçisinin həmin ayın 28-də geri qayıdacağı gözlənilsə də, hələ də komandanın düşərgəsinə dönməyib. Klub nümayəndələrinin bütün səylərinə baxmayaraq, Cambazov indiyədək Azərbaycana qayıtmayıb. Bu səbəbdən klub məsələni aidiyyəti orqanlara həvalə edərək, problemin araşdırılmasını istəyib.
Qeyd edək ki, 29 yaşlı Cambazov 2007-ci ilin avqustundan “Xəzər-Lənkəran”ın şərəfini qoruyur və bu müddət ərzində komandanın formasını 60 rəsmi oyunda geyinib, 3 qola imza atıb.
mənbə: www.lankaranfc.com

0
0