Ukraynalı məşqçi Roman Qriqorçuk Azərbaycandan dəvət alıb
10.11.2009 - 16:17
Ukraynalı məşqçi Roman Qriqorçuk Azərbaycandan dəvət alıb. Apasport.az saytının məlumatına görə, uzun illər çalışdırdığı “Ventspils” klubunu ardıcıl üç dəfə ölkə çempionu edən, həmin vaxt Latviyanın ən yaxşı məşqçisi seçilən 44 yaşlı mütəxəssis ölkəmizdən gələn təklifi qəbul etməyib.
Ötən ay Zaporojyenin “Metallurq” komandasının sükanı arxasına keçən Qriqorçukun orada fəaliyyəti çox qısa müddətli oldu. Üç həftənin tamamında, özü də “Zarya” klubunu 1:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra postunu tərk edən ukraynalı məşqçi vətəninə bağlı olduğunu bildirib: “Zaporojyeyə gəlişimə qədər mənə Azərbaycanda işləmək təklifi olunmuşdu. Qazaxıstan və Rusiyadan da dəvətlər almışam. Ancaq doğma ölkəmin xeyrinə seçim etdim. Ukrayna mənim üçün prioritetdir və hər zaman belə olacaq. İrəli getməyi qətiləşdirmişəm. Bunu mütləq edəcəyəm. İndi gələcək karyeramı tezliklə müəyyənləşdirməyə çalışacağam”.
Qeyd edək ki, Qriqorçuk “Ventspils”in çalışdırıcısı kimi bu ilin yanvarında Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirin qrup mərhələsində Bakının “İnter” klubu ilə görüşüb və 0:2 hesabı ilə uduzub.

0
0