“Bakı”nın hədəfə aldığı futbolçunun evi 3 dəfə soyulub
10.11.2009 - 16:34
Türkiyə milli komandasının və Yunanıstanın “Larissa” klubunun futbolçusu Tümər Mətin çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin İstanbulun mərkəzində yerləşən evi son 2 ildə 3 dəfə qarət olunub.
Mətinin İstanbuldakı evi həyat yoldaşı Cansunun iş yerinin yaxınlığında, Nişandaşı qəsəbəsində yerləşirdi. Oğrular futbolçunun karyerasının Yunanıstanda davam etdirməsindən və Cansunun evdə olmamasından yararlanaraq, fəaliyyətə keçiblər. Üç müxtəlif vaxtda baş tutan qarət nəticəsində evdən Tümerin xanımımın zinət əşyaları və digər şeylər aparılıb. Ümumilikdə, futbolçuya 200 min lirə (təxminən 100 min manat) ziyan dəyib.
Ən qəribəsi isə budur ki, polis hələ də cinayətkarları tapa bilməyib. Hüquq-mühafizə orqanı əməkdaşlarının axtarışlarının nəticəsiz qalması Tüməri daha da narahat edib. O, ailəsinin etibarlı yerdə yaşaması üçün İstanbulun başqa bölgəsində ev alıb.
Qeyd edək ki, bir müddət öncə “Bakı” klubu türk yarımmüdafiəçini transfer etmək istəyirdi. Lakin müəyyən səbəblər üzündən Tümər paytaxt komandasında oynamağa razılıq verməyib.

0
0