Ferqyusson istefaya göndərildi
10.11.2009 - 16:44
İngiltərə çempionatının aşağı dəstəsində mübarizə aparan “Piterboro Yunayted” klubu baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi şotlandiyalı mütəxəssis Darren Ferqyussonu istefaya göndərib. Məşhur “Mançester Yunayted”in əfsanəsinə çevrilən Aleks Ferqyussonun oğlu olan Darren aşağı dəstədə cəmi 16 tur duruş gətirə bilib. Bu müddətdə komandası 11 xal toplayan çalışdırıcı “Piterboro Yunayted”dən kənarlaşdırılıb.
0
0