Şahin Diniyev: “Terek” mənim komandam deyil - MÜSAHİBƏ
10.11.2009 - 17:45
Qroznının “Terek” klubunun baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Xeyli müddətdən sonra vətənə qayıtdınız. Təəssüratlarınız necədir?
- Bakıya səfərim futbolla əlaqəli deyil. Rusiya Premyer Liqasında fasilə yaranıb və vətənə 2-3 günlük gəlmişəm. Şəxsi işlərimlə məşğulam, başım ev işlərinə qarışıb. Buna görə də vaxt azdır. Oğlum Coşqunun işləri də maraqlanıram. Onlar “Akademiya”nın heyətində “Fənərbaxça”nın bazasında hazırlaşdıqları zamanı orada oldum. Digər oğlum Kərim bir müddət öncə Bakıda 17 yaşlılardan ibarət yığmamızın heyətində rəsmi oyunlarda iştirak etdi və artıq geri qayıdıb.
- “Terek”in əsas komandasına rəhbərlik etdiyiniz müddətdə oyunlarınıza maraq artıb. Ancaq səfərdə keçirdiyiniz həmin 3 görüşdə uduzdunuz, üstəlik, qol da vura bilmədiniz. Buna səbəb nədir?
- Onu deyim ki, “Terek”in orta sıralarda olması, rəqiblərimizin isə liderlər qrupunda qərarlaşması əvvəldən bilinirdi. Üstəlik, hər 3 oyunu səfərdə keçirməyin də təsiri böyük idi. Ən əsası, “Terek” bu görüşlərdə meydanda rəqiblə başabaş mübariz apardı. Oyun zamanı haradasa bizim üstünlüyümüz var idi, haradasa rəqibin. Ancaq “Terekin çıxışı oyuna görə utanc vermədi. Biz nəticəyə görə uduzduq, oyuna görə yox. Tək bir hissədə rəqibə uduzsaq da, digərində belə olmadı. Mənə elə gəlir ki, oyun planında da irəliləyişə nail olmaq vacibdir.
- Belə qənaətə gəlmək olarmı ki, rəhbərlik əsas komandada da işinizdən razıdır?
- Bəli. Bu, həm mətbuatda, həm də azarkeşlərə deyilib. Rəhbərlik “Terek”in oyunundan razıdır. Belə deyək ki, bu, mənim komandam deyil. On gün ərzində görə bildiyim işlər yalnız bunlardan ibarətdir.
- Rusiya mətbuatında sizi belaruslu Anatoli Baydaçnının əvəzləyicisi yazılır. Hər halda, Baydaçnının özü də “Terek”lə danışıqlar apardığını təsdiqləyib. Yəqin ki, bu haqda məlumatınız var...
- Ondan başlayaq ki, mənim başım komandanın işlərinə qarışıb. Məni indiki vəzifəmə həm “Terek”in, həm də Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov 5 oyunluq, yəni cari çempionatının sonuna qədər təyin edib. Bildiyiniz kimi, buna qədər “Terek”in gənclər komandasında çalışırdım və Vyaçeslav Qroznının istefasından sonra kömək üçün mənə baş məşqçi postunu tapşırdılar. Beş oyundan sonra necə olacağını artıq zaman göstərəcək. Bu zaman vəziyyətdən asılı olub-olmayaraq buna soyuq başla və səbirlə yanaşacağıq. Yəni “Terek”in gələcək inkişafı üçün nə lazımdırsa, öz töhfəmizi verməyə hazırıq.
- Cari mövsüm bitəndən sonra gənclər komandasında işinizi davam etdirmək nəzərdə tutulubmu?
- Çempionatın axırında hər bir şey öz yerini tutacaq. Deməyim düzgün çıxmaz, ancaq həm klubun və respublikanın rəhbəri gənclər komandasında işimizin üç qat yerinə yetirdiyimizi qeyd edib. Bu baxımdan harada olmağımızdan asılı olmayaraq, “Terek”ə vicdanla, canla-başqa qulluq edəcəyik.
- Sizcə, əsas komandada azərbaycanlı məşqçiyə niyə uzun müddət güvənmirlər?
- Allah qoysa, gələcəkdə hər şey yaxşı olacaq. Mən belə fikirdəyəm və gələcəyə nikbin baxıram. Pisliyə doğru heç bir şey olmayacaq.
- Ümumiyyətlə, Qroznıda Azərbaycan futbolu, milli komandamız haqda nə fikirdədirlər?
- Təkcə Qroznıda yox, ümumiyyətlə, Azərbaycan aparıcı futbol ölkəsi sayılmır. Xətrimizi dəysə də, dəyməsə də, belədir. Bu da futbolumuzun səviyyəsi ilə bağlıdır. Oranın mütəxəssisləri, futbol adamları da buna, ölkənin səviyyəsinə qiymət verərək oyunçuları, məşqçiləri götürürlər. Bizim futbol da o səviyyədə deyil... Misal üçün, Hollandiya futbol ölkəsidir, reytinqi böyükdür və ordan gələnləri avtomatik işə götürülər. Bizim də reytinqimiz yoxdur və bu sarıdan Azərbaycan üçün çətindir. Azərbaycanlı futbolçunun ölkədən kənarda oynaması, işləməsi böyük əziyyətlə başa gəlir. Başqasına səviyyəsini bir dəfə, bizə isə hər gün, hər dəqiqə, hər saniyə sübut etmək lazımdır.
- Vətəndə olduğunuz qısa müddətdə futbolçularımızdan kiminləsə gələcək əməkdaşlıqla bağlı görüşünüz nəzərdə tutulubmu?
- Vallah, iki gün vaxtım var. Ev problemlərinə görə başım bərk qarışıqdır və yalnız bunlarla məşğul olacağam.
- Yəni, “Terek”in futbolçularımızdan kimisə transfer etməsi gündəmdə deyil?
- Bəli. Ancaq gələcəkdə hər şey ola bilər.
- Rusiya Premyer Liqasının səviyyəsini iş başında gördünüz, həmin yarışın həyəcanını yaşadınız. Necə hesab edirsiniz, futbolçularımız “Terek”də, Rusiya Premyer Liqasında oynamağa potensialınız varmı?
- Desəm ki, hə, oynaya bilər, yalan olar. Desəm ki, yox, oynaya bilməz, bu da yalan olar. Mövsümlərarası fasilədə, təlim-məşq toplanışlarını keçəndən, yoxlama oyunlarında sınandıqdan sonra nəsə demək olar. İndi bu haqda danışmaq tezdir. Rusiya Premyer Liqasının səviyyəsi yüksəkdir. Statistik nöqteyi-nəzərdən ora Avropada 6-cı güclü ölkə çempionatı sayılır.
- Növbəti turda öz meydanınızda oynayacaqsınız və Qroznıda yeganə görüşünüz nəticə baxımdan sizin üçün çox önəmlidir. “Kuban”ın autsayderlər sırasında yer aldığını nəzərə alsaq, münasib rəqiblə görüşdə ilk qələbənizi qazanmaq şansınız yüksəkdir...
- Rusiya Premyer Liqasında asan rəqib yoxdur. İstənilən oyunda hər klub nəticə qazanmağa qadirdir. Buna görə də bizim üçün asan oyun yoxdur və “Kuban”la öz meydanımızdakı görüş də bu sıradan olacaq.
- “Kuban”la görüş sizin üçün o mənada prinsipial əhəmiyyət kəsb edir ki, bu komandanın baş məşqçisi ermənidir...
- Bilirsiniz, bu, futboldur. Ölkə də həmin ölkə deyil, komanda da. Biz Rusiyada görüşəcəyik, bu, bir Premyer Liqa oyunu olacaq. Sadəcə, “Kuban”a qarşı oynayacağam və bu görüşə hansısa başqa məqamla kökləmək fikrim yoxdur.
- AFFA milli komandamızın baş məşqçisi Berti Foqtsla müqaviləni bu gün daha iki illiyə uzatdı. Bundan xəbəriniz varmı?
- Yox.
- Milli komandanın keçmiş baş məşqçisi kimi Foqtsla əməkdaşlığın davam etdirilməsinə münasibətiniz necədir?
- Biz şeyə diqqət yetirmək lazımdır ki, biz hamımız həmkarıq. İndi gücümüz ona çatır ki, futbolçulara, məşqçilərə, ümumilikdə futbolumuza uğurlar arzulayaq. İnanın ki, Azərbaycan futbolunun hər bir uğuru mənim orada başımın daha da ucalmasına gətirib çıxarır. Bunu səmimi qəlbdən deyirəm. Ona görə də Azərbaycan futbolunun, milli komandamızın nailiyyət qazanmasını çox istəyirəm və alman həmkarıma uğurlar arzulayıram.

0
0