Çempionlar Liqasının qalibi milli komandamızla görüşə yollanır
10.11.2009 - 18:04
Tanınmış çexiyalı futbolçu Vladimir Şmitser milli komandasının meneceri təyin olunub. Apasport.az saytının məlumatına görə, 36 yaşlı veteran oyunçu bu həftə yığması ilə birgə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), Azərbaycan yığmasının da iştirak etdiyi beynəlxalq turnirə yollanacaq. Orada Çexiya və Azərbaycanla yanaşı, meydan sahibləri ilə son Asiya çempionu İrqa millisi çıxış edəcək. Çexlər İraqla görüşəcək milli komandamızın potensial rəqibidir və BƏƏ-də ümumilikdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Karyerasını vətənində başladığı Praqa “Slaviya”sında bitirən Vladimir Fransada “Lans”, “Bordo”, İngiltərədə “Liverpul” klubunda oynayıb. Futbolçu kimi ən böyük uğurlarını “Liverpul”da qazanan keçmiş yarımmüdafiəçi Çempionlar Liqasının, UEFA kubokunun və Superkubokunun qalibi olub.
Şmitser milli komandada 11 illik karyerası ərzində 81 oyun keçirib və 27 qol vurub. O, yığmasının heyətində 1996-cı ildə Avropa çempionatının gümüş, 2004-cü il qitə birinciliyinin bürünc medalını qazanıb. Onun komandası 13 il öncə İngiltərədə keçirilən mötəbər yarışın finalında Berti Foqstun baş məşqçisi olduğu Almaniya yığmasına əlavə vaxtda uduzub – 1:2.
İndi Vladimir milli komandamızın sükanı arxasında olan Foqtsla fərqli ampluada görüşəcək. Şmitser üç Avropa çempionatında qol vuran 4 futbolçudan biridir. Onunla yanaşı, alman Yurgen Klinsman, fransalı Tyerri Anri və portuqaliyalı Nunu Qomeş həmin sıradadır.

0
0