Daha bir legioner “Xəzər-Lənkəran”dan ayrıldı
10.11.2009 - 18:16
Daha bir legioner “Xəzər-Lənkəran” klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, bolqar müdafiəçi Kostadin Cambazovun ardınca, türkiyəli yarımmüdafiəçi Devran Ayhan da vətəninə yollanıb.
Ancaq Cambazovdan fərqli, Ayhan geri qayıtmaq fikrindədir və noyabrın 14-də lənkəranlıların sıralarına dönəcək. Qasıq nahiyəsində yüngül ağrılar hiss edən Devran Premyer Liqanın X turunda Neftçi” ilə ev oyununa (0:0) iynə vuraraq çıxmışdı. Həkimlərin yüklənmə diaqnozu qoyduğu türkiyəli futbolçuya “Muğan”la sabahkı kubok oyununda istirahət veriləcək. Ayhan son oyunda sarı vərəqə alaraq cəzalı duruma düşdüyündən ilk dövrəni son turunda “Karvan”la səfər görüşünü da buraxmalı olacaq.
Belə olan halda, Ağasəlim Mircavadovun rəhbərlik etdiyi məşqçilər korpusu Devranın qısamüddətli məzuniyyətə buraxılmasında problem görməyiblər və futbolçu da fürsətdən istifadə edərək Türkiyəyə yollanıb.
Qeyd edək ki, sabah Salyana yollanacaq “Xəzər-Lənkəran”ın daha bir legioneri – zədəli Dieqo Souza da hazırlıqdan kənarda qalıb.

0
0