Türklər Yoahim Lövü milli komandanın baş məşqçi postuna gətirir
10.11.2009 - 18:28
Türkiyə milli komandasının yeni baş məşqçisi Yoahim Löv ola bilər. Apasport.az saytının məlumatına görə, ötən seçmə mərhələdə Azərbaycan yığmasını hər iki görüşdə məğlub edən (4:0 və 2:0) Bundestimin 48 yaşlı çalışdırıcısı Türkiyəyə qayıtmağa yaxındır.
Vaxtilə “Fənərbaxça” və “Adanaspor” klublarını çalışdıran Löv Fatih Terimin gedişindən sonra “ay-ulduzlular”ın vakant qalan baş məşqçi postuna əsas namizəddir. Yerli mətbuat Türkiyə Futbol Federasiyasının Lövlə danışıqlar apararaq, böyük ölçüdə anlaşdığı və rəsmi müqavilənin yaxın vaxtda imzalanacağını yazıb. Ancaq bu xəbərlər rəsmən təsdiqlənməyib.
Almaniya yığmasında fəaliyyətinə 2004-cü ildə baş məşqçi Yurgen Klinsmanın köməkçisi kimi başlayan Löv 2006-cı il dünya çempionatından sonra baş məşqçi postuna keçib. O, Bundestimi milli komandamızın yer aldığı qrupun qalibi kimi dünya çempionatının final mərhələsinə çıxarıb. Əgər Lövlə anlaşma imzalanarsa, o, gələn yay Cənubi Afrika Respublikasında keçiriləcək mundialdan sonra Türkiyə yığmasının sükanı arxasına keçəcək.

0
0