“Real” ləkəni yuya bilmədi
11.11.2009 - 09:52
“Real” ləkəni yuya bilmədi
Madridin “Real” klubu İspaniya kuboku uğrunda yarışda mübarizəni erkən dayandırıb. Apasport.az saytının məlumatına görə, qitənin ən titullu komandası 1/16 final mərhələsini adlaya bilməyib.

Aşağı dəstə təmsilçisi “Alkorkon”la ilk matçda biabır olan Madrid təmsilçisi cavab oyununda 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarmayıb. Manuel Pelleqrininin yetirmələri doğma meydanda “Alkorkon”un müqavimətini qırmağa çətinlik çəkiblər. “Real” yalnız 83-cü dəqiqədə hesabı açıb ki, Rafael van der Vartın qolu qarşılaşmada yeganə olub. Ümumi hesabda 1:4 hesabı ilə uduzan madridlilər bununla da, kubok ümidlərini “dəfn ediblər”.