Mübariz Mənsimov “Beşiktaş” klubunun I vitse-prezidenti olacaq
11.11.2009 - 10:15
Mübariz Mənsimov “Beşiktaş” klubunun I vitse-prezidenti olacaq
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti və sahibi Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunu rəhbərliyində yer ala bilər. Apasport.az saytının məlumatına görə, azərbaycanlı iş adamı dəstəklədiyi indiki klub prezidenti Yıldırım Dəmiörənin komandasında yer alıb.

Yanvarın 31-də keçiriləcək seçkilər ərəfəsində professorlar Mete Düren və Məsut Parlağın rəhbərlikdə təmsil olunacağını açıqlayan Dəmirörən 41 yaşlı həmyerlimizə ikinci prezidentlik söz verib. “Beşiktaş”da ikinci adam - vitse-prezident sayılacaq Mənsimovla yaxın münasibətlərdə olan, istanbulluların sabiq rəhbərliyində olmuş İhsan Kalkavan da hazırkı prezidenti dəstəkləyənlər sırasındadır.