ŞOK: Bakıda oynamış futbolçu özünü qatarın altına atıb öldürdü
11.11.2009 - 10:20
Almaniya milli komandasının qapıçısı Robert Enke intihar edib. Apasport.az saytının məlumatına görə, avqustun 12-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində yığmamızla Bakıdakı görüşdə 90 dəqiqə oynamış 32 yaşlı futbolçu özünü qatarın altına atıb. Hadisə Hannover şəhərinin yaxınlığındakı dəmiryol keçidində baş verib.
Enkenin yaxın dostu York Neblunq bildirib ki, futbolçu dünən yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) intihar edib. Onun həyat yoldaşı və 8 aylıq qızı yadigar qalıb. Qapıçı bu uşağı mayda, doğma qızının ölümündən 3 il sonra övladlığa götürüb.
Robertin dostları, həmkarları, futbol adamları, menecerlər onun dünyasının dəyişməsindən dərin sarsıntı keçiriblər. Futbolçunun şərəfini qoruduğu “Hannover-96” klubunun ofisinin qarşısına qapıçının pərəstişkarları yığışıb. Onlar ora gül dəsti və şamlar gətiriblər.
Peşəkar karyerasına vətənində “Karl Seyss Yena”da başlayan Enke daha sonra Portuqaliyada “Benfika”, Türkiyədə “Fənərbaxça”, İspaniyada “Barselona” klublarında oynayıb. Robert son 5 ildə “Hannover-96” klubunda çıxış etməklə yanaşı, milli komandada 8 oyun keçirib.
Avqustda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda qapısını toxunulmaz saxlayan, 2:0 hesablı qələbədə pay sahibi olan Enkenin yığmamızla sentyabrın 9-da Hannoverdəki görüşdə də “çərçivə”ni qoruması nəzərdə tutulmuşdu. Hətta Almaniya komandasının baş məşqçisi Yoahim Löv qapıçıya yığmamızla ev oyununda əsas heyətdə yer verəcəyini bəyan etmişdi. Ancaq Azərbaycanla oyun öncəsi xəstələnən və nəticədə heyətdən kənarda qalan Robertin sağlıq durumunda problemin nə olduğunu, hansı virusa yoluxduğu dəqiq ayırd edilə bilmirdi.

0
0